“Azərbaycan Avropa İttifaqının (Aİ) mühüm tərəfdaşıdır. Azərbaycanla əməkdaşlığımız intensivləşir”.
“Unikal” xəbər verir ki, bunu Brüsseldə keçirilən Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 18-ci iclasının yekunlarına dair mətbuat konfransında Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel deyib.
O bildirib ki, Aİ Cənubi Qafqazın dinc və firavan region olmasını dəstəkləyir: “Bu məqsədlə tərəfdaşlarla dialoqun qurulması vacibdir. Aİ ilə Azərbaycan tərəfdaşlardır”.