Tehrana səfərdə olan Türkiyənin milli müdafiə naziri Hulusi Akar İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri ilə görüşüb.

"Unikal" xəbər verir ki, görüşdə tərəflər iki ölkənin silahlı qüvvələrinin hərbi, təhsil və təhlükəsizlik sahəsində əməkdaşlığının zəruriliyini vurğulayıb.

Müdafiə sahəsində əməkdaşlıq sahələrinin araşdırılması, qarşılıqlı fəaliyyət və regionun ən mühüm məsələləri, o cümlədən terrorizmlə bağlı fikir mübadiləsi iki ölkənin ali hərbi rəsmilərinin görüşünün əsas müzakirə predmetlərindən olub.

Suriyada gərginliyin azaldılması və bölgədə sabit təhlükəsizliyin necə yaradılmasının araşdırılması da görüşün digər müzakirə olunan əsas məsələsi olub.