
ANS Şirkətlər Qrupunun prezidenti, rejissor Vahid Mustafayevin çəkdiyi “Xoca” filmində kobud plagiatlar var. Efiri bu film barədə ucuz təbligatın işğal etdiyi bugünlərdə musavat.com və minval.az saytlarının birgə hazırladıqları xüsusi video-parçanı ictimaiyyətə təqdim edirik.
Bu qədər vəsaitin sərf edildiyi tərifli filmin, onun üzərindən gözlərə soxulan saxta vətənpərvərliyin əslində bir plagiat məhsulu olduğu haqda iddialara seyriçilər özləri qiymət versinlər. (musavat.com)