Hindistanda 24 yaşlı qız özü ilə evlənib.

"Unikal"
xəbər verir ki, Kşama Bindu adlı gənc qız "Netflix"də yayımlanan serialdan ilhamlanaraq bu addımı atıb.
Bindu açıqlamasında burada təəccüblü heç nə olmadığını deyib. 

"İnsanlar mənə qəribə baxırlar. Sanki mən cinayət etmişəm.Mən gəlin olmaq istəyirəm, amma kiminsə arvadı deyiləm. Mən ilk dəfə özü ilə evlənən hindliyəm",- deyə Bindu bildirib.

Qeyd edək ki, gənc qız soloqamiya ideyasını toyundan cəmi üç ay əvvəl "Netflix"də yayımlanan serial "Anne With An E", uşaqlıqda zorakılığa məruz qalan gənc yetim qızın yetkinlik hekayəsinə baxdıqdan öyrənib və özü ilə evlənməyə qərar verib.

Aynurə Xudaverdiyeva