20 iyul 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən "Unikal"a verilən məlumata görə, nazirlər Azərbaycan və Türkiyə arasında ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, habelə cari regional vəziyyəti müzakirə ediblər.
Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, eləcə də Azərbaycan və Türkiyənin iştirakı ilə üçtərəfli formatlara dair fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı nazirlər, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.