Rusiyanın yaxın müttəfiqi olan Suriya Ukrayna ilə diplomatik əlaqələri kəsdiyini açıqlayıb.

"Unikal" Əlcəzirəyə istinadən xəbər verir ki, Suriya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir:

"Suriya Ərəb Respublikası qarşılıqlılıq prinsipinə uyğun olaraq Ukrayna ilə diplomatik münasibətləri kəsmək qərarına gəlib".

Suriya Xarici İşlər Nazirliyi bildirib ki, Ukrayna ilk dəfə 2018-ci ildə Kiyevdəki diplomatik işçilərinin rezidensiyalarını təsdiqləməkdən imtina edərək münasibətləri pozub və onların öz vəzifələrini yerinə yetirməsini qeyri-mümkün edib.

Aynurə Xudaverdiyeva