"Baydenlə bu məsələləri müzakirə edəndə o, bizim qarşımıza belə bir Yunanıstan şərti qoymadı".

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İranın paytaxtı Tehranda keçirilən Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 7-ci iclası zamanı verdiyi açıqlamalarda bildirib.

"Təbii ki, cənab Baydenlə bu məsələləri müzakirə edəndə Bayden bizim qarşımıza belə bir Yunanıstan şərti qoymadı. Əksinə, uzunmüddətli görüşümüzdə bildirdi ki, NATO üzvü olan ölkələr olaraq bir-birimizin qanunlarını qorumalıyıq".

Ərdoğanın sözlərinə görə, ABŞ prezidenti F16-lar haqqında əlindən gələni edəcəyini bildirib.

"Təəssüf ki, hazırda Nümayəndələr Palatasında bu işə az da olsa, qarşı çıxanlar var. İndiki proseslərə nəzər saldıqda, məncə, belə bir şərt bizim üçün məcburi şərt deyil. yetər ki,  F16-larla bağlı təklifimizə razılıq verilsin. Biz artıq əlimizdəkilərin təmirini etmə gücünə sahibik. Bununla bağlı heç bir problemimiz yoxdur. Amma təbii ki, ehtiyat hissələri ilə bağlı müəyyən tələblərimiz var. Onlar da bunu etmək qərarına gəliblər. Noyabrda Amerikada da aralıq seçkilər var. Onlar da vacibdir. Noyabr aralıq seçkilərinin nə gətirdiyini, nə götürdüyünü görəcəyik. Respublikaçıların Senatda dominantlıq edəcəyi və yenidən Nümayəndələr Palatasında üstünlüyü ələ alacağına dair məlumatlar var”.