Conson Britaniya restoranlarını Rusiyadan gələn balıqlardan imtina etməyə çağırıb. Ənənəvi balıq və çips yeməyi (qızardılmış balıq və kartof qızartması) təqdim edən Britaniya müəssisələri sanksiyalar fonunda qiymətləri kəskin bahalaşan Rusiyadan gələn balıqlardan istifadəni dayandırmalıdır.

"Unikal" xəbər verir ki, bu barədə baş nazir Boris Conson məlumat verib. 

“Düşünürəm ki, bizim balıq və çipslərə xidmət edən gözəl müəssisələrimizi təkcə rus balıq və çipslərindən istifadə etməyə təşviq etmək çox vacibdir ”, - deyə siyasətçi anti-Rusiya sanksiyalarından narahat olan parlamentarın sualına cavab verib.

Qeyd edək ki, dünyada ağ balığa böyük tələbat var və treska və dəniz basının təxminən 40%-i Rusiyadan tədarük edilib. Böyük Britaniya bu məhsulun Rusiyadan idxalına rüsumları 35 faizə qaldırdıqdan sonra tədarük çətinləşib və bahalaşıb. 

Bu səbəbdən, ənənəvi Britaniya yeməyi hazırlayan müəssisələrin təxminən üçdə biri indi bağlanma təhlükəsi altındadır.

Daha əvvəl REN TV yazmışdı ki, Böyük Britaniyanın getdikcə daha çox sakini həddən artıq baha olduğuna görə  ət və balıq almaqdan imtina edir .