İrəvan metrosunun stansiyalarında aparılan peşəkar yoxlama nəticəsində məlum olub ki, bomba qoyulması barədə çağırış yalan olub.

"Unikal" xəbər verir ki, bu barədə Dəmirçiyan İrəvan Metropoliteninin yaydığı məlumatda deyilir.

“İrəvan metrosunun normal fəaliyyəti saat 18:15-dən bərpa edilib”, - məlumatda bildirilib. 

Xatırladaq ki, yerləşdirilmiş bomba ilə bağlı siqnal saat 12:57 radələrində daxil olub. Hadisə yerinə kinoloqlar və istehkamçılar gedib. Saat 13:30-da metronun işi dayandırılıb, sərnişinlər və işçilər təxliyə edilib.