İtaliya Prezidenti Sercio Mattarella Baş nazir Mario Draqinin istefasını qəbul edib.

"Unikal" xəbər verir ki, Draqinin ikinci və bu dəfəki uğurlu istefası parlamentdə hökumətə etimadla bağlı keçirilən səsvermədən sonra baş verib.

Bildirilib ki, texniki baxımdan Draqinin kabineti etimad səsi ala bilib, lakin səs verməkdən imtina edən deputatları nəzərə alaraq, azlıq onu dəstəkləyib.