Rusiyanın paytaxtı Moskvada Federal Təhlükəsizlik Xidmətinin təqaüddə olan 76 yaşlı general-mayoru Yevgeni Lobaçev ölü tapılıb. 

"Unikal" xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “TASS” yayıb.

Məlumata görə, Lobaçev intihar edib. Hazırda faktla bağlı araşdırma aparılır. 

Bildirilir ki, Lobaçevin cəsədi iyulun 20-si Moskvanın mərkəzində evlərdən birinin pilləkənində aşkar olunub. Cəsədin yanında silah da tapılıb. 

Qeyd olunub ki, bu yaxınlarda general-mayorun həyat yoldaşı istintaq orqanlarına müraciət edib və ərinin gəzintiyə çıxdığını, lakin geri dönmədiyini bildirib.  

Mənbənin məlumatına görə, Yevgeni Lobaçev ağır xəstəlikdən əziyyət çəkib. Generalın maliyyə problemlərinin də olduğu bildirilir.

Aynurə Xudaverdiyeva