Fransa Senatı Finlandiya və İsveçin NATO-ya daxil olması haqqında qanun layihəsini ratifikasiya edib.

"Unikal" xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Ketrin Kolonna Twitter mikrobloqunda məlumat verib.

“Mən Senatın İsveç və Finlandiyanın NATO-ya daxil olmasının ratifikasiyasına imkan verən qanun layihəsini təsdiqini alqışlayıram. Bu ilhaqlar bizim kollektiv təhlükəsizliyimizi gücləndirəcək”, - Fransanın xarici işlər naziri yazıb.

Xatırladaq ki, Finlandiya və İsveç mayın 18-də NATO-ya üzvlük üçün müraciət etmişdilər.