İyulun 21-də İstanbulda Azərbaycan, Pakistan və Türkiyə parlamentlərinin sədrləri - Sahibə Qafarova, Raca Pərvaz Əşrəf və Mustafa Şentopun ikinci üçtərəfli görüşü keçirilib.
"Unikal" xəbər verir ki, Türkiyə, Azərbaycan və Pakistan parlamentlərinin sədrləri intensiv təmas və əməkdaşlığı davam etdirmək niyyətindədirlər.
İstanbulda Azərbaycan, Pakistan və Türkiyə parlamentləri sədrlərinin ikinci üçtərəfli görüşünü açan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.
“Bizim birliyimiz zorakılıq və terrorizmlə mübarizə də daxil olmaqla, bizə daha çox möhkəmlik verəcək. Əminəm ki, ölkələrimiz ayrı-seçkilik və islamofobiya ilə mübarizədə daha qətiyyətli olacaqlar”, - Şentop bildirib.
Şentop Türkiyə, Azərbaycan və Pakistanı “İslam dünyasının üç aparıcı demokratik ölkəsi” adlandırıb.
Dünya səhnəsində vəziyyətin inkişaf perspektivlərinə toxunan Şentop qeyd edib ki, hazırda tarix dönüş dövrünü yaşayır.
Türkiyə parlamentinin sədri həmçinin bildirib ki, “20-ci əsrin müharibələri, qarşıdurmaları və qırğınları fonunda keçmişdə formalaşmış siyasi, hüquqi və iqtisadi tarazlıq pozulub”.