"Yalnız bu ilin beş ayı ərzində Azərbaycandan tranzit 30 faizdən çox artıb".
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Baş naziri Kiril Petkov ilə geniş tərkibdə görüşü zamanı deyib.
"Biz bir neçə il əvvəl Strateji Tərəfdaşlıq barədə Bəyannaməni imzalamışıq. Hesab edirəm ki, bu sənədi iqtisadi, sənayenin inkişafı, ticarət, enerji, daşımalar, turizm, yüksək texnologiyalar və digər sahələrdə əməkdaşlığımızın olduqca praktiki nəticələrinə çevirmək vaxtı artıq yetişib. Əlbəttə ki, biz əsasən enerji təhlükəsizliyi məsələlərini müzakirə etdik və bu müzakirəni davam etdirəcəyik. Coğrafi yerləşməni, Avropa və Azərbaycanın dəmir yolu sistemini birləşdirmək üçün qonşularımızla həyata keçirdiyimiz layihələri, Azərbaycandan keçən yüklərin artan həcmini nəzərə alsaq, daşımalar sahəsində böyük potensial mövcuddur. Hesab edirik ki, bu, yalnız başlanğıcdır, çünki burada potensial var", - İlham Əliyev qeyd edib.