İntihar edən Vətən müharibəsi qazisi Elvin Cəfərovun medalı ölümündən sonra ailəsinə təqdim olunub.

"Unikal"ın məlumatına görə, Baş nazir Əli Əsədovun sərəncamı ilə E.Cəfərova "Vətən müharibəsi iştirakçısı" medalı verilib.

Qeyd edək ki, Elvin Cəfərov iyul ayının 10-da Sabirabad Rayon İcra Hakimiyyətinin qarşısında özünü yandıraraq intihara cəhd edib. Daha sonra o, xəstəxanada dünyasını dəyişib.

Murad İbrahimli