Rusiyada qəzəbli meymun azyaşlı qıza hücum edərək, onu dişləyib.

"Unikla" xəbər verir ki, uşağın vəziyyəti ağır qiymətləndirilir.

Xatırladaq ki, hadisə  Terpiqorevo  kəndində baş verib. Evdən qaçan primat körpəyə hücum edərək onu yerə yıxıb və dişləməyə başlayıb. Qadın çətinliklə uşağı xilas edə bilib. 

Körpə xəstəxanaya aparılıb. İki yaşlı qızın qollarında və ayaqlarında kəsiklər var. 

Daha əvvəl yayımlanan kadrlardan da göründüyü kimi, uşağa hücum etdikdən sonra meymun qadını da dişləməyə çalışsa da, daha sonra kişi heyvanı qovub. Bundan sonra heyvan bir müddət insanları təqib edib.