Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Əl Səud ilə telefon danışığı aparıb. 

"Unikal" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. 

Bildirilir ki, tərəflər iki ölkə arasında münasibətlərin əldə edilmiş səviyyəsini müsbət qiymətləndiriblər. 

"İkitərəfli əməkdaşlığın aktual məsələləri qarşılıqlı faydalı ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi vurğulanaraq müzakirə edilib ", - Kremlin mətbuat xidmətinin bəyanatında deyilir. 

Söhbətdə Putin və vəliəhd OPEC Plus çərçivəsində gələcək koordinasiyanın vacibliyini vurğulayıblar. Bundan əlavə, tərəflər Tehranda keçirilən “Astana formatı” sammiti  və dünya neft bazarındakı vəziyyəti nəzərə alaraq Suriyadakı vəziyyəti müzakirə ediblər.