Avropa Parlamentinin üzvü, Riqanın keçmiş meri Nil Uşakov Latviya üçün 1990-cı illərin miqyasında fəlakət olacağını proqnozlaşdırıb və ölkədə fövqəladə vəziyyətin tətbiqinə çağırıb.
"Unikal" xəbər verir ki, sosial fövqəladə vəziyyətin tətbiqi üçün təxminən 2-3 milyard avro tələb oluna bilər,
Onun fikrincə, 90-cı illərdən fərqli olaraq, Latviyanın təcrübəsi var, ölkə Avropa İttifaqının üzvüdür , müqayisə olunmayacaq dərəcədə böyük büdcəyə malikdir və Brüsseldən milyardlarla avro yardım ala bilir.
“90-cı illərdə bizdə belə şey yox idi. Ölkəmizin indi sosial fəlakətin qarşısını almaq şansı var! Fəlakətdən qaçmağın yeganə yolu 2022-2023-cü illərin qışında və növbəti il ərzində Latviya xalqına mümkün qədər geniş dəstək vermək üçün fövqəladə vəziyyətin tətbiq edilməsidir”, - Uşakov deyir.
O əlavə edib ki, ilkin hesablamalara görə, sosial fövqəladə vəziyyətin tətbiqi üçün təxminən 2-3 milyard avro tələb oluna bilər, lakin ölkədəki mövcud vəziyyət buna imkan verir.
Bundan öncə Latviya hökuməti avqustun 1-dən Rusiya Federasiyası ilə sərhədyanı rayonların sakinlərinin ölkələr arasında gediş-gəlişinin asanlaşdırılmasına dair sazişi dayandırmaq barədə qərar qəbul edib.