ABŞ federal hakimiyyət orqanları keçən il Hollivudda Ledi Qaqanın it gəzdiricisini güllələyən və pop ulduzun iki fransız buldoqunu oğurlayan şəxs haqqında məlumat verənə 5 min dollar mükafat təklif edib. Şübhəli bu ilin aprelində səhvən həbsdən azad edilib.

"Unikal" xəbər verir ki, Ceyms Hovard Cekson it yetişdiricisinə hücum və Ledi Qaqanın heyvanlarının oğurlanması ilə bağlı həbs edilən 5 nəfərdən biri olub.

O, qətlə cəhd ittihamı ilə üzləşib, lakin "kargüzarlıq xətası" səbəbindən Los Angeles County həbsxanasından azad edilib.

Səlahiyyətlilər Ceksonun silahlı və təhlükəli cinayətkar hesab edilməli olduğunu bildiriblər. Onun həbsinə səbəb olan məlumata görə pul mükafatı təklif edilir.

Ledi Qaqanın it gəzdirən şəxsə hücumu ilə bağlı aparılan araşdırmalar nəticəsində dedektivlər belə qənaətə gəliblər ki, qanunu icra edənlər heyvanların kimə aid olduğunu bilmirlər. Ehtimallara görə, oğurluğun səbəbi minlərlə dollara çata bilən fransız buldoqlarının qiyməti olub.