Rusiyanın Ukraynaya hücumları nəticəsində müsadirə edilən rusiyalı oliqarxın yaxtasından "Faberje" yumurtası aşkar edilib. 

"Unikal" xəbər verir ki, ABŞ-ın Kolorado ştatının Aspen şəhərində ələ keçirilən yaxtada polis əməliyyat keçirib. 

Təhlükəsizlik forumunda iştirak edən ABŞ baş prokurorunun müavini Liza Monako rus oliqarxına qarşı apardıqları əməliyyatlarla bağlı açıqlamalar verib.

Əməliyyatın təfərrüatlarını çatdıran Monako, “Gedək ən maraqlı hissəyə, yaxtalara. Bu yaxtalardan birində "Faberje" yumurtası tapdıq", - deyə bildirib. 

Monako bəyan edib ki, əgər yumurta həqiqi olarsa, bu, dünyada qalan bir neçə yumurtadan biridir və milyonlarla dollar dəyərindədir. 

Rus çarı 3-cü Aleksandrın həyat yoldaşı İmperatriçəyə Pasxa bayramında hədiyyə etmək üçün nəzərdə tutulan, lakin ənənə halını alan "Faberje" yumurtaları günümüzə qədər gəlib çataraq dəbdəbə və əzəmətin göstəricisinə çevrilib.

Məlumata görə, Romanovlar sülaləsində ənənə halını almış 50 ədəd "Faberje" yumurtası istehsal olunub, lakin bəziləri bu günə qədər gəlib çatmayıb. 

Digər tərəfdən, ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində rus oliqarx Süleyman Kərimova məxsus 300 milyon dollar dəyərində olan 107 metrlik "Amadea" adlı lüks yaxta mayın 5-də Ficinin Lautoka şəhərində Ficinin tələbi ilə suya buraxılıb. ABŞ Ədliyyə Nazirliyi sözügedən "Faberje" yumurtasının Kərimova məxsus yaxtada aşkarlandığını bildirib.  

Gülayə Mecid