Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı rus işğalçılarının  ümumi döyüş itkiləri ilə bağlı məlumatları yeniləyib.

"Unikal"  UNIAN-a istinadən xəbər verir ki, fevralın 24-dən indiyədək  Rusiya Ukraynadakı müharibədə 39 minə yaxın əsgərini itirib.

“Düşmən ən böyük itkiləri Krivoy Roq və Baxmut istiqamətlərində verib”, - Ukrayna Baş Qərargahından bildirilib. 

Bundan əlavə, "Tanklar - 1704 ədəd; zirehli döyüş maşınları ‒ 3920 ədəd; artilleriya sistemləri – 863 ədəd; RSZV - 251 ədəd; hava hücumundan müdafiə vasitələri - 113 ədəd;
təyyarə - 221 ədəd; helikopterlər - 188 ədəd; Əməliyyat-taktiki səviyyəli PUA-lar - 713 ədəd, qanadlı raketlər - 167 ədəd; gəmilər və qayıqlar - 15 ədəd; avtomobil avadanlığı və yük maşınları - 2 803 ədəd; xüsusi avadanlıq - 72 ədəd", - zərərsizləşdirilib.