2022-ci ilin birinci yarımilində 13 prokurorluq işçisi cəzalandırılmışdır.
"Unikal"ın məlumatına görə, Baş Prokurorluqda keçirilən Geniş Kollegiya İclası zamanı bildirilib ki, 2022-ci ilin birinci yarımili ərzində aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 13 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilmişdir ki, onlardan 1 nəfər prokurorluq orqanlarından xaric edilmiş, 3 nəfər vəzifədən azad edilmiş, 9 nəfər barəsində digər intizam tənbeh tədbirləri görülüb.
Qeyd olunmuşdur ki, intizam məsuliyyətinə cəlb edilmiş prokurorluq əməkdaşları barəsində toplanmış xidməti yoxlama materiallarının 9-u Baş Prokurorluğun İntizam Komissiyasında, 4-ü isə Etik Davranış Komissiyasında baxılmışdır.