Fransanın paytaxtı Parisdəki hərbi muzeydə top, rəsm və sikkələrdən ibarət çoxlu sayda əsər yoxa çıxıb.

"Unikal" xarici  KİV-ə istinadən xəbər verir ki, hakimiyyət "mədəni sərvətlərin oğurlandığını" elan edib. 

Belə ki, Parisdəki muzeydən 19-cu əsrə aid iki Krupp topu yoxa çıxıb.

Parisdəki hərbi muzey Napoleonun məzarı da daxil olmaqla 7 bölmədən ibarətdir. Muzeydə 500 min eksponat var ki, onlardan 25 mini anbardadır.