Rusiyada son sutkada 6 659 nəfər koronavirusa yoluxub.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Yoluxucu xəstəliklərə qarşı mübarizə üzrə Federal Qərargahı məlumat yayıb.
Bildirilib ki, son 24 saatda 41 nəfər COVID-19-da ölüb.
Pandemiya başlayandan Rusiyada 18 milyon 517 min 779 nəfər koronavirusa yoluxub, 382 080 nəfər isə ölüb.
Son sutkada 4 687 nəfər müalicə olunaraq sağalıb. Sağalanların ümumi sayı isə 17 milyon 929 min 059 nəfər olub.