Dnestryanı Respublikasının rəhbərliyi Rusiyaya birləşmək niyyətini açıqlayıb.

"Unikal" xəbər verir  ki, bu barədə Dnestryanı bölgənin "xarici işlər naziri" Vitali İqnatyev KİV-ə açıqlamasında  bildirib. 

"Respublikanın mövcud olduğu bütün illər ərzində Dnestryanı vektor dəyişməz olaraq qalır, bu, 2006-cı il sentyabrın 17-də keçirilmiş referendumun nəticələrində öz əksini tapır: müstəqillik, sonradan Rusiya Federasiyasına sərbəst daxil olmaq. Ölkənin müstəqilliyi mütləq prioritetdir”, - deyə o vurğulayıb.

İqnatyev əlavə edib ki, tanınmamış respublikanın rəhbərliyi “ölkənin yarım milyon əhalisinin ziyanına” qərar qəbul etməyəcək.

İqnatyev belə birləşmənin şərtləri barədə heç nə deməyib.

O bildirib ki, “Moldovanın Dnestryanıdakı silahlı münaqişənin sülh yolu ilə nizamlanması prinsipləri haqqında 1992-ci il sazişindən mümkün çıxması hərbi əməliyyatlara səbəb ola bilər”.

Xatırladaq ki, Moldova tanınmamış Dnestryanı bölgədə yerləşən qondarma əməliyyat qrupunun rus əsgərlərini ölkəyə buraxmaqdan imtina edib. Rus qoşunları neytrallıq statusunu pozan qeyri-qanuni birləşmə adlandırılıb. 

Moldova Xarici İşlər Nazirliyi Rusiya qoşunlarının və silah-sursat anbarlarının ölkə ərazisindən çıxarılmasının zəruriliyi ilə bağlı hakimiyyətin mövqeyini bir daha vurğulayıb. Bu barədə Moldova Xarici İşlər Nazirliyinin iyulun 21-də dərc olunmuş bəyanatında deyilir.

Gülayə  Mecid