Aİ-nin Ukraynaya  hücumu ilə əlaqədar Rusiya Federasiyasına qarşı məhdudlaşdırıcı tədbirlərinin genişləndirilməsi sanksiyalar siyahısına daha 54 şəxsin və 10 qurumun daxil edilməsini nəzərdə tutur.

"Unikal" xəbər verir ki, bu barədə Avropa Şurasının saytında məlumat verilib.

"Aİ Şurası Rusiyanın Ukraynaya qarşı əsassız hərbi təcavüzünə cavab olaraq əlavə 54 şəxs və 10 quruma qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etmək qərarına gəlib. Bu qərar Aİ Şurasının 2022-ci il iyulun 21-də qəbul etdiyi “uzatma və qoşulma” sanksiya paketinin hazırlanması zamanı verilib. Bununla yanaşı Rusiya bankı olan "Sberbank"ı siyahıya daxil etdik və onun Rusiyadan kənarda əməliyyatlarını qeyri-mümkün etdik. Biz həmçinin Ukraynaya qarşı əsassız təcavüzdə iştirak edən əlavə şəxsləri, o cümlədən hərbi rəsmiləri, “Gecə canavarları” motosiklet klubunu və dezinformasiyada iştirak edən şəxsləri əlavə etdik”, - Aİ-nin ali nümayəndəsi Jozef Borrell bildirib.

Sanksiya siyahısına daxil edilən yeni şəxslər arasında siyasi və mədəni qurumların nümayəndələri, xüsusən də dövlət və regional Dumaların üzvləri, Moskva meri, yüksək rütbəli hərbçilər və qərargah rəhbərləri, ələ keçirilən Ukrayna ərazilərində təyinat almış siyasətçilər, “Gecə qurdları” millətçi motosiklet klubunun üzvləri, təbliğatçılar və iş adamları var. 

Siyahıya Ukrayna taxılının oğurlanmasında iştirak edən hərbi və ya gəmiqayırma sənayesində fəaliyyət göstərən Rusiya şirkətləri, həmçinin Kremlin təbliğatını yaymaqla məşğul olan bir neçə təşkilat da var.

Ümumilikdə, Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozan və ya təhdid edən hərəkətlərlə bağlı Aİ -nin məhdudlaşdırıcı tədbirləri 1212 şəxsə və 108 quruma şamil edilir. Bu, aktivlərin dondurulmasını nəzərdə tutur və Aİ vətəndaşlarına və qurumlarına onlara hər hansı maliyyə vəsaiti vermək qadağandır. Bundan əlavə, siyahıya daxil olan şəxslərə səyahət qadağası tətbiq edilir ki, bu da onların Aİ-yə daxil olmasına və ya onun ərazisindən tranzitlə keçməsinə mane olur.

Gülayə  Mecid