NATO Qara dənizdə “Briz” adlı hərbi təlimlərə başlayıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, təlimlər Qara dənizin Bolqarıstana aid hissəsində keçirilir.

Qeyd edək ki, bu Rusiyanın Ukraynada müharibəyə başlamasından sonra Qara dənizdə keçirilən ilk genişmiqyaslı təlimlərdir.

Təlimlərdə Şimali Atlantika Alyansına daxil 11 ölkənin 24 hərbi və köməkçi gəmiləri və qayıqları, 5 təyyarəsi, 4 helikopteri və 1 390 hərbçisi cəlb edilib. Bu ölkələrə Bolqarıstan, Albaniya, Belçika, Yunanıstan, İtaliya, Latviya, Polşa, Rumıniya, ABŞ, Türkiyə və Fransa daxildir.

NATO gəmiəleyhinə üzən minalar riskini nəzərə alaraq, təlimlərin keçirildiyi bölgədə təhlükəsizlik tədbirləri görüb.

Aynurə Xudaverdiyeva