Soçidə erməni biznesmen 76 yaşlı Andranik Yalanuzyan həbs edilib.

"Unikal" erməni KİV-ə  istinadən xəbər verir  ki,  bu barədə  Rusiya hüquq-mühafizə orqanları məlumat yayıb. Belə ki, Yalanuzyan 2002-ci ildə erməni iş adamı İşxan Kapekyanın qətlini təşkil etməkdə ittiham olunur.

Qətl törətməkdə şübhəli bilinən daha iki nəfər də həbs edilib. 

KİV qeyd edir ki, Yalanuzyan Soçidə son dərəcə nüfuzlu biznesmen Robert Tatulyanla (Robson, əvvəllər 1 nömrəli qanuni oğru Ded Xasanın şəriki idi) yaxın dost olub. 

Gülayə  Mecid