Türkiyənin İzmir vilayətinin Seferihisar rayonunda meşəlik ərazidə yanğın baş verib.

"Unikal" Türkiyə KİV-ə  istinadən xəbər verir  ki,  yanğının söndürülməsinə 6 xüsusi təyyarə və 10 helikopter, həmçinin çox sayda yanğınsöndürən avtomobil texnikası cəlb edilib.

Yanğının başvermə səbəbləri məlum deyil.