Avropa İttifaqı Rusiyanın Ukraynaya qarşı aqressiv müharibəsinə son qoymağa yönəlmiş beynəlxalq ictimaiyyətin bütün səylərini fəal şəkildə dəstəkləyir, lakin istənilən sülh sazişləri və ya atəşkəs sazişləri yalnız Ukraynanın özü onlarla razılaşdıqda mümkündür.

"Unikal" xəbər verir ki, bunu Aİ-nin sözçüsü Piter Stano jurnalistlərə  açıqlamasında deyib. 

“Mən təsdiq edə bilərəm ki, Aİ vasitəçilikdə (Rusiya və Ukrayna arasında – red.) birbaşa iştirak etmir. Beynəlxalq ölçüdə malik olduğumuz bütün vasitələrlə Aİ öz tərəfdaşları ilə birlikdə son nəticədə Ukrayna və Rusiyanın hərbi əməliyyatların dayandırılmasına razı olmasına gətirib çıxara biləcək bütün səyləri dəstəkləyir. Əvvəla, bu, Rusiya məsələsidir. Ukraynaya qarşı cinayətkar, qeyri-qanuni və əsassız təcavüzünü davam etdirən Rusiyadır. Rusiya BMT Nizamnaməsini, beynəlxalq hüququ və öz beynəlxalq öhdəliklərini pozur. Bu cinayətkar təcavüzə son qoyulmalıdır”, - Aİ sözçüsü vurğulayıb.