Nyu-Yorkda yerləşən "Synchron" startapı ABŞ-da insan beyninə neyroçip implantasiyası üçün icazə alan ilk şirkət olub. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, beyninə neyronçip yerləşdirilməsi üçün bir ağır iflic xəstəsi seçilib.

Qeyd edək ki,neyroçipin köməyi ilə insan internetdə söhbət edə, onlayn alış-veriş edə və digər vəzifələri yerinə yetirə bilir.

Aynurə Xudaverdiyeva