"Hazırda ölkənin 10 milyard dollar ekvivalentində taxıl ehtiyatı var".

"Unikal" xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski taxıl müqaviləsini şərh etdərkən deyib. 

Onun sözlərinə görə, ixrac üçün taxılın ötürülməsinə indi İstanbul razılaşmalarının iştirakçıları zəmanət verməlidir:

“Biz BMT-yə güvənirik, indi bu, onların və beynəlxalq tərəfdaşlarımızın məsuliyyətidir”.

O, həmçinin vurğulayıb ki, Ukraynanın ərazi sularında nəzarətin Ukraynanın özü tərəfindən həyata keçirilməsinə dair razılaşmanı vacib hesab edir.