Qazaxıstanda son sutka ərzində koronavirusa 2 654 yoluxma halı qeydə alınıb.

"Unikal" xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 328 844 nəfərə çatıb.

Eyni zamanda, ötən sutka koronavirusdan 399 nəfər sağalıb, sağalanların ümumi sayı 1 299 032 nəfər təşkil edir.