"Çelsi"nin hücumçusu Timo Verner komandadan ayrıla bilər.
"Unikal" xəbər verir ki, bu barədə "Sky Sport" məlumat yayıb. Almaniya millisinin üzvünün London təmsilçisinin baş məşqçisi Tomas Tuxellə münasibətləri yaxşı deyil. Forvard "zadəgan"lardan ayrılacağı təqdirdə DÇ-2022-də yığma komandanın heyətində yer almaq üçün daim oynayacağı bir kluba getmək istəyir.
Qeyd edək ki, 26 yaşlı futbolçu 2020-ci ilin yayında "Leypziq"dən "Çelsi"yə keçib. O, geridə qalan mövsüm bütün turnirlərdə 37 oyunda 11 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.