Çinin Qansu əyalətində çökən mədəndə xilasetmə işləri başa çatıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, şaxtaçılar mədəndə hərəkət edərkən uçqun baş verib və 17 nəfər yerin altında qalıb.
Xilasedicilər 10 nəfərin cəsədini dağıntılar altından çıxarıb. Qəzadan sağ çıxan 7 nəfərə yerində tibbi yardım göstərilib.
Qəzanın səbəbləri araşdırılır.