İranda təyyarə təcili eniş edib.

"Unikal" xəbər verir ki, Tehrandan Şirvan şəhərinə uçan təyyarədə texniki nasazlıq yaranıb. Bu səbəbdən hava gəmisi Tehrana qayıdaraq təcili eniş edib.

Təyyarənin göyərtəsində tüstülənmə olsa da, təxliyə olunan sərnişinlər arasında zərər çəkən yoxdur.

“Mahan Air” aviaşirkəti təyyarədəki nasazlığın aradan qaldırılması yönündə iş aparıldığını bildirib.