Serbiyanın beş şəhərində rekord temperatur göstəricilər qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin Hidrometeorologiya institutu bildirib.

Məlumata əsasən, Serbiyanın Çupriya, Zayeçar, Neqotin, Veliko-Qradişte və Niş şəhərlərində 40 dərəcə isti termometrlərlə göstərilib ki, bu da bu il üçün rekord göstəricidir. Novi Sad, Kikinda, Smederevska Palanka, Kurşumliyi və Kraquyevatse cəmi bir dərəcə aşağı - 39 dərəcə isti qeydə alınıb.

Serbiyanın paytaxtı Belqradda meteoroloqlar havanın temperaturunun 38 dərəcə olduğunu qeyd ediblər.