Rusiyanın Voloqda şəhər sakini təcili yardım maşınının arxa şüşəsini sındıraraq qaçıb.
Bu barədə "Unikal" Rusiya Daxili İşlər Nazirliyinin region üzrə mətbuat xidmətinə istinadən xəbər verir.
Hadisə 24 iyul 2022-ci il tarixində səhər saat 11 radələrində xəstəxanaya aparılarkən yolda baş verib. Kişi şüşəni sındırıb və alt paltarında Çexov-Maltsev kəsişməsindən yolun kənarına qaçıb.
Hadisədən sonra təcili yardım əməkdaşları polisə müraciət ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları qaçan xəstəni saxlamağa nail olublar. Polis araşdırma aparır.
Ramil Zeynallı