Polşa PT-91 Twardy tanklarının Ukraynaya təhvil verildiyini təsdiqləyib.

"Unikal" xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin Silahlanma Agentliyinin sözçüsü Kşiştof Platek bildirib. 

"200-dən çox T-72 tankının və müəyyən sayda PT-91 tankının çatışmamazlığı, artıqlığı olsa belə, tam şəkildə ödəniləcək, çünki bunlar daha yüksək, daha keyfiyyətli səviyyəli tanklardır", - Platek bildirib.

Platek Ukrayna üçün nəzərdə tutulan tankların dəqiq sayını açıqlamayıb.