Rusiya Avropaya qaz nəqlini dayandırmaqda maraqlı deyil, Rusiya məsuliyyətli qaz təchizatçısıdır.

"Unikal"  xəbər verir  ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O qeyd edib ki, Rusiya Avropanın enerji təhlükəsizliyinə böyük ölçüdə təminat verən ölkə olub, var və qalır.

Onun sözlərinə görə, “Qazprom”la dialoq var, bütün üsullar yalnız bu səviyyədə müzakirə oluna bilər və edilməlidir.  

“Digər tərəfdən, Avropa məhdudiyyətlərin və sanksiyaların tamamilə ehtiyatsız tətbiqi yolunu davam etdirsə, onda burada vəziyyət fərqli olacaq. Bir daha təkrar edirəm ki, Rusiya Avropaya qaz nəqlini dayandırmaqda maraqlı deyil”, - Peskov vurğulayıb. 

Gülayə  Mecid