NATO Ukraynaya həm maliyyə, həm də hərbi sektora təsir edəcək yeni yardım paketi təqdim edəcək.

"Unikal" bu barədə NATO-nun baş katibi Yens Stoltenberqin müsahibəsinə istinadən xəbər verir.
"Müttəfiqlər əhəmiyyətli hərbi və maliyyə yardımı göstərməyə davam edəcək. NATO təhlükəsiz rabitə, yanacaq, tibbi ləvazimatlar və qoruyucu jiletlər, minalardan, kimyəvi və bioloji təhlükələrdən qorunmaq üçün avadanlıqlar və yüzlərlə insan daşıyıcısı daxil olmaqla hərtərəfli yardım paketi təqdim edəcək”, - deyə o bildirib.

Onun sözlərinə görə, uzunmüddətli perspektivdə NATO Ukraynaya Sovet dövründən qalma texnologiyadan müasir NATO texnologiyasına keçməyə, qarşılıqlı fəaliyyət qabiliyyətini yaxşılaşdırmağa və Ukraynanın müdafiə qabiliyyətini və təhlükəsizlik sektorunu daha da gücləndirməyə kömək edəcək.

Ramil Zeynallı