Türkiyə terrorla mübarizədə bütün qonşu və qardaş ölkələrin təhlükəsizlik və ərazi bütövlüyünü nəzərə alır və qoruyur.

"Unikal" türk mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik mətbuat konfransı zamanı deyib.

O, bildirib ki, İraqın şimalında mülki şəxslərə hücumdan sonra bu ölkənin rəsmilərinin Türkiyəni günahlandırması səhv addım və planlaşdırılmış təxribatdır.

Onun sözlərinə görə, bu hücumun PKK tərəfindən həyata keçirildiyi istifadə olunan silah və minalardan da aydındır. Çelik PKK-nın İraqda türkmənlər və kürdlər üçün də təhlükə mənbəyi olduğunu vurğulayaraq, Türkiyənin qardaş İraq xalqının təhlükəsiz şəkildə yaşamasının tərəfdarı olduğunu qeyd edib.