Ermənistanla normallaşma prosesi o vaxta qədər mümkündür ki, erməni tərəfi sözünü tutsun.
"Unikal" xəbər verir ki, bunu bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik mətbuat konfransı zamanı deyib.
Onun sözlərinə görə, normallaşmanın güclənərək davam etməsi vacibdir. Ömər Çelik onu da vurğulayıb ki, birbaşa hava yüklərinin daşınmasına başlanacaq.
O qeyd edib ki, bu proses Azərbaycan və Türkiyə liderlərinin ortaq iradəsi sayəsində baş verib.
O əlavə edib ki, İkinci Qarabağ müharibəsindən sonra bu proses üçün daha uyğun şərait yaranıb.
Çelik, həmçinin, bəzi dövlətlərin və erməni diasporunun Ermənistanı öz təsiri altında tutmaq üçün bu prosesi sabotaj etmək cəhdlərinin olduğunu da vurğulayıb.