ABŞ-ın Texas ştatındakı Dallas hava limanı naməlum şəxsin binanın içərisinə atəş açması ilə bağlı xəbərlərə görə boşaldılmağa başlayıb. 

"Unikal" xəbər verir ki, hadisə şahidləri hava limanını bürüyən xaosu əks etdirən fotoları sosial şəbəkələrdə yayımlayırlar.

NBC DFW-nin məlumatına görə, bir nəfər xəstəxanaya çatdırılsa da, nə onun vəziyyəti, nə də xəsarətlərin xarakteri dəqiqləşdirilməyib.

Rockwall qraflığının polis rəisi Maks Heron bildirib ki, hadisə baş verən zaman nəzarət-buraxılış məntəqəsindən keçərkən bilet kassasının yaxınlığında bir neçə atəş səsi eşidib.