Çində nənə kanalizasiya quyusuna düşən nəvəsini xilas edib.

"Unikal"  xarici mətbuata istinadən xəbər verir ki, hadisə  Anhui əyalətinin Fuyanq şəhərində qeydə alınıb. Belə ki, taxta örtüyü olan kanalizasiya quyusunun qapağını qaldıran uşaq müvazinətini itirərək çuxura düşüb. Bunu görən nənə dərhal quyuya düşüb və nəvəsinin oradan çıxmasına kömək edib.

Nənəyə yoldan keçən digər insanlar da yardım edib. Onlar hər ikisi quyudan çıxarılıb.

Ramil Zeynallı