"Planın əməliyyat ölçüsü İstanbuldan ediləcək. Ukraynaya gedən və oradakı limanlardan gələn gəmilərin təhlükəsiz və düzgün istiqaməti birlikdə istiqamətləndiriləcək".

"Unikal" xəbər verir ki, bunu Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan canlı yayımda açıqlamaları zamanı deyib. 

O, bildirib iki, İstanbulda imzalanan müqavilə ilə qlobal ərzaq böhranının təsirləri azalmağa başlayacaq. 

"Biz uzun müddətdir ki, bu məsələ ilə bağlı davamlı əlaqə və danışıqlar aparırıq. Biz Ukrayna taxılının Qara dəniz vasitəsilə dünya bazarlarına çıxarılmasına dair müqavilənin İstanbulda imzalanmasını təmin etdik. Qlobal ərzaq böhranının təsirləri azalmağa başlayacaq. Təbii ki, bunlar bizim də alqışlayacağımız məsələlərdir. Planın əməliyyat ölçüsü inşallah İstanbuldan ediləcək. Ukraynaya gedən və oradakı limanlardan gələn gəmilərin təhlükəsiz və düzgün istiqaməti birlikdə istiqamətləndiriləcək. Danışıqlar çox həssas keçdi".

BMT Baş katibinin töhfələrini də dəyərləndirən Ərdoğan bildirib ki, prosesin nə qədər həssas olduğunu Odessa limanına edilən hücumdan görürük:

"Biz BMT Baş katibinin töhfələrini kənara qoya bilmərik. Prosesin nə qədər həssas olduğunu Odessa limanına edilən hücumdan görürük. Hər kəsdən öz imzalarını qoruyub, üzərinə düşən məsuliyyətə uyğun hərəkət etməyi gözləyirik. Trafikimizi intensiv şəkildə artırdıq. Biz sazişi onun bütün elementləri ilə həyata keçirmək əzmindəyik. Müharibə başlayandan bizim prioritetimiz atəşkəsdən sonra sülhün bərqərar olmasıdır. Ümid edirəm ki, biz də bunu edə bilərik".-deyə Türkiyə prezidenti bildirib.