"Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı münasibətlərimizin normallaşma prosesini müzakirə etdik".
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli jurnalistlərə müsahibəsində deyib.
O, Türkiyənin "qırmızı xətt"inin Azərbaycan olduğunu, Türkiyə və Ermənistan arasında normallaşma prosesinin bu məsələ həll olunduqdan sonra mümkün olacağını qeyd edib: “Amma biz onlardan (Ermənistandan) konkret addımlar atmaqlarını gözləyirik, bu normallaşma prosesində qətiyyətliyik”.