Finlandiyanın parlament partiyaları Rusiya vətəndaşlarına turist vizalarının verilməsinin dayandırılması ideyasını dəstəkləyiblər.

"Unikal" xəbər verir ki, “Parlamentdə təmsil olunan “Koalisiya” Partiyası, Sosial Demokratlar, “Həqiqi Finlər”in nümayəndələri hesab edirlər ki, Finlandiya rusiyalılara turist vizalarının verilməsini qadağan etməlidir”, – mənbə qeyd edir.

Qeyd olunur ki, qərar Rusiya Federasiyasının Ukraynaya hərbi təcavüzü ilə əlaqədardır.