Hindistanın Qucarat ştatında kustar üsulla hazırlanan alkoqol zəhərlənməsindən 16 nəfər vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə Times of İndia məlumat yayıb.

Polis bildirib ki, saxta içkinin qurbanı Əhmədabad dairəsinin sakinləri olub. Xəstəxanaya yerləşdirilən 5 nəfərin vəziyyəti ağırdır.