Avropa İnvestisiya Bankı  Aİ büdcəsindən zəmanətlə Ukraynaya 1,59 milyard avro yardım ayırıb. 

"Unikal"  xəbər verir ki, bu barədə Avropa Komissiyasının saytı məlumat yayıb.

Bu, AİB-nin Avropa Komissiyası ilə əməkdaşlıq çərçivəsində hazırlanmış “Ukrayna Həmrəyliyi” fövqəladə hallara cavab proqramı çərçivəsində Ukraynaya ikinci yardım paketidir.

"AİB-nin Ukraynada həmrəylik tədbirləri çərçivəsində ikinci dəstək tədbirləri əsas xidmətlərin göstərilməsini bərpa etməyə, ən mühüm infrastruktur obyektlərinin funksionallığını bərpa etməyə, ölkənin dayanıqlığını gücləndirməyə və iqtisadi sabitliyi qorumağa kömək edəcək", - Avropa Komissiyası bəyanatında deyilir.